"İnter Mayami"nin futbolçusu Qonzalo İquain  klubunun PSJ-nin hücumçusu Lionel Messi ilə hələ də maraqlandığını deyib.

Rekord.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlamasında deyib.

"Leonun keçidi ilə bağlı konkret bir şey söyləmək mənim üçün çətindir. Messi, bildiyimə görə PSJ ilə iki və ya üç illik müqavilə imzalayıb. Tezliklə onunla razılığa gələcəyimizi düşünmürəm.  Ancaq klub onu müqavilə imzalamaq istəyir, görək nə olacaq".