Abbah Hüseynovu istəyən yoxdu, əvəzedicilərin çempionatında oynayacaq?
- 10 Avq 2026 15:00
- 227
Qurban Qurbanovun əsas komandadan uzaqlaşdırdığı Abbas Hüseynova hələ ki, yaxın duran yoxdur.
Rekord.az-a daxil olan məlumata görə, ikinci "altılıq"dan maraqlanan olsa da, maaşı çox olduğu üçün imtina etdilər.
Məsələn, "Kəpəz" və "Şamaxı" onu heyətinə qatmaq istəyirdi. Lakin dediyimiz kimi, istədiyi maaşı vermək iqtidarında deyillər. Futbolçu hazırda "Qarabağ"ın əvəzedici komandasının düşərgəsindədir. Böyük ehtimalla yeni mövsümə əvəzedicilərin liqasında başlayacaq.