
5-ci tura baxış
- 22 Sen 2025 18:22
- 79
Premyer Liqada 5-ci tur geridə qaldı. Öyrəndik ki...
- "Qarabağ" yüngülvari geri qayıdan kimi liqanın (həmin vaxt üçün) liderinə 5 cavabsız top vurdu. Faktiki 2-ci heyətlə və deməzdim ki, xüsusən özünə əziyyət verərək. Necə deyərlər, məkanın sahibi bir-iki günlük geri döndü, kimin-kim olduğunu göstərdi.
- Faktiki lider isə "Zirə"di. Yenilgisi olmayan yeganə komanda ötənmövsümkü performansını təkrarlamaq iqtidarında olduğunu yenə göstərir. Rəşad Sadıqov təmkinlidi, bu dəfə də yetirmələri məhz təmkinlə öz şansınlarını gözlədilər və növbəti qələbələrini bayram etdilər.
- "Neftçi" nəhayət, 3 xalı aktivinə yazdı. Yeganə yenilgisini birmənalı olmayan qərarla azlıqda qaldığı, ancaq yenə də rəqibindən yaxşı oynadığı matçda alıb "ağ-qaralar". Ümumiyyətlə, son turlarda Samir Abasovun yetirmələrinə qarşı hakim səhvləri edilir. Bunun bilərəkdən edildiyini düşünmürəm, amma hər şeyin bir həddi var. Diqqətli olmaq lazımdı. Son 2 matçda komandanın 2 təmiz penaltisi verilməyib, onsuz da çətin olan durumları çətinləşdirilib. Bəli, biz düşünürük ki, "Neftçi" böyük klubdu, hakimə rəğmən qələbələr qazanmalıdı. Amma bu yanlış fikirdi. Haqqı nədirsə, onu alsın, sonrasını sonrasına görə mühakimə edərik.
- "Kəpəz"də Adil Şükürov dönəmi çox gec də olsa, başa çatdı. İki gün əvvələ qədər bu mütəxəssis haqda olan fikirlərim tamam dəyişib. Qısa desək, heç yaraşmadı. Gəncə klubu isə düşdüyü quyudan çox qısa müddətdə çıxmalıdı. Çünki çempionatda oyun sayı da nisbətən azdı, rəqiblər də daha optimal formadadılar, daha yaxşı oynayırlar, xal ehtiyatları da az deyil. Ötən mövsümlərdəki ssenarini təkrarlamaq heç də asan olmayacaq. Klubda lazımi təmizləmə əməliyyatları aparılıb artıq. Yaxşı məşqçi gətirmək, bir-iki də çox yaxşı, keyfiyyətli transfer etmək və ən əsası, camiə olaraq bir olmaq gərəkdi. Yoxsa gələn sezon "Qarabağ"ı, "Neftçi"ni Gəncədə ən yaxşı halda kubok matçında qonaq etmək mümkün olacaq.
- "Qəbələ"nin nəhayət qələbə qazanmasına sevindim. Sxadadze gözlənilənlərin əksinə çox baxımlı, dinamik futbol oynadır. Çatışmazlıq heyətin təcrübəsizliyidi.
- Saşa müəllim Azərbaycan Premyer Liqasının dadını möhkəm hiss etməkdə davam edir. Serb mütəxəssis yeni bir şeylər fikirləşməli, komandanı toparlamalıdı. Hələ ki, aktivdəki xallar komfort davranmağa imkan verir. Növbəti turlarda bu komfortun itəcəyini indidən proqnozlaşdırmaq olar.
- "İmişli" haqqında tərif cümlələri.
Yazar haqqında
