"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları" futbol turnirində çıxış edən "Sumqayıt"ın U-14 komandası dünən "Ulduz"a uduzsa da, komandanın qapıçısı Elvin  İsgəndərli oyunu və qurtarışları ilə diqqət çəkdi.

Rekord.az oyundan sonra onun fikirlərini öyrəndi:


- Özünü təqim elə.

- Elvin İsgəndərli.

- Təvəllüd?

- 2013.

- Neçənci ildən futbolla məşğulsan?

- 3-cü sinifdən futbolla məşğulam.

- Niyə məhz qapıçı?

- İlk gələndə müdafiəçi kimi başlamışdım. Amma əllə oynamağı da sevirdim. Elə oldu ki, məşqçimiz qapıçı olmağı təklif etdi və mən də qapıçı oldum. 

- Əsas hədəfin nədir?

- Gələcəkdə Premyer Liqaeda oynamaq. İnşAllah məşqlərdə çox çalışacam ki, buna nail olum.

- "Sabahın ulduzları" necə turnirdi?

- Əla turnirdi. Bizim inkişafımız üçün vacibdi. 

- Ən çox bəyəndiyin qapıçı kimdi? Kumir kimi qəbul edirsən.

- Yev Laşin. 

- Yaşın çox-çox əvvəl oynayıb, sən onun oyununu görməmisən axı.

- "Yutub"da oyunlarına baxmışam, ləzzət alıram.

- Bəs bizim çempionatda?

- Mehti Cənnətov. Boyu hündürdü, qapıçı kimi oyunu ləzzət edir.

- Bəs dünya futbolunda hansı qapıçını ən çox bəyənirsən?

- Noyer.


Anar XANLAROV