
1-ci liqada yerlərini qorudular
- 28 May 2025 19:30
- 92
Bu gün 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında çıxış edəcək sonuncu komanda bəlli olub.
Rekord.az xəbər verir ki, pley-off oyununda 1-ci liqaya vəsiqə uğrunda “Difai” və “Hypers Quba” qarşılaşıb.
“ASCO Arena”da keçirilən görüş "Difai"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağsu təmsilçisi 1-ci liqadakı yerini qoruyub.
Qeyd edək ki, "Difani" 1-ci liqada mövsümü 9-cu pillədə başa vurub. Quba təmsilçisi isə 2-ci liqada 4-cü olub.
Difai – Hypers Quba 3:1
Qollar: X.Bədirov, 15; C.Muxtarlı, 51; F.Kərimzadə, 88 – İ.Ələkbərov, 90+3.