1-ci Liqada 1-ci turun oyun cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, turun bütün görüşləri saat 17:00-da start götürəcək və Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

3 sentyabr (cümə axşamı)

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu

“Baku Sportinq” – “Karvan-Yevlax”
“Baku Sportinq Arena”

“Xankəndi” – “Səbail”
Şamaxı OİK stadionu

4 sentyabr (cümə)

“Şimal” – “Gəncəbasar”
Şamaxı OİK stadionu

“Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)