
Zubirin qardaşı razılaşmanı pozdu və "Zaqatala"dan ayrıldı
- 19 Avq 2022 13:00
- 656
"Zaqatala"da növbəti ayrılıq baş verib.
Rekord.az xəbər verir ki, keçən ay komanda ilə yeni müqavilənin detalları ilə bağlı razılığa gələn Tarek Zubir bu razılaşmanı pozub və "Zaqatala" ilə yolları ayırıb.
Futbolçu, ümumiyyətlə, futbolla vidalaşıb və Fransaya qayıdıb. Onun bundan sonra geyim ticarəti ilə məşğul olacağı deyilir.
Qeyd edək ki, Tarek "Qarabağ"da forma geyinən Abdulla Zubirin qardaşıdır.