Babək Quliyev UEFA Gənclər Liqasının oyununa təyinat aldı
- 15:00
- 38
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) - “AZ Alkmaar” (Niderland) oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən "Bornova" stadionunda keçiriləcək.