"Şəfa" yanvardan "Şəfa"ya qayıdır?
- 15:00
- 41
"Şəfa" mövsümün sonuna qədər "Socar Polymer Arena" ilə müqavilə bağlasa da, böyük ehtimalla yanvarda Sumqayıtı tərk edəcək.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi keçmiş adı "Şəfa" olan stadiona geri dönəcək.
Həmin stadionda işlərin böyük hissəsi görülüb, yeni süni qazon salınıb. İşlər tam yekunlaşandan sonra PFL arenaya baxıb rəy verəcək. Beynəlxalq oyunlar üçün UEFA-dan da razılıq alınması lazımdı. Bütün bu işlərin isə ilin sonuna kimi yekunlaşması gözlənilir.