Noyabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək.


Bu barədə Rekord.az-a Azərbaycan Atçılıq Federasiyasından (ARAF) bildirilib.


Qurumun təqvim planına əsasən təşkil olunacaq ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.


Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar.


Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaqlar.