“Gəncədə “Kəpəz”ə qarşı oynamaq çətindir” - Azər Məmmədov
- 20:30
- 55
“Kəpəz” bu gün Misli Premyer Liqasının 10-cu turunda “İmişli”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qələbə qazanan “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun oyundan sonra mətbuat konfransı keçirilib. Məmmədov Gəncədə “Kəpəz”ə qarşı oynamağın çətin olduğunu bildirib:
“Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Çətin olacağını düşünürdük. Buna baxmayaraq, Gəncədə “Kəpəz”ə qarşı oynamaq çətindir. Qələbədə pay sahiblərindən biri də azarkeşlərimiz idi. Komandamız oyundan-oyuna inkişaf edir. Sevindirici hal odur ki, komandam artıq neçə turdur qol və qollar vurur. Ötən tur həm “Şəfa” ilə matçda, həm də bu gün hücumçusuz çıxış edirdik. Amma buna baxmayaraq, üç qol vurmuşuq. Buna görə futbolçulara təşəkkür edirəm.
Forvardsız oynamağımızın səbəbi Kolunqanın zədəli olması idi. Zədədən təzə qayıtmışdı, ona görə də risk etmək istəmirdim. Amma sonradan oyuna daxil etdik, həm onu, həm də Namik Ələskərovu. Və oyunda canlanma yarandı. Düşünürəm ki, Namikin qolu ayın ən yaxşısı seçiləcək.
Qol vurmağımız uşaqların məşqdəki çalışmasının bəhrəsidir. Mən də buna çox sevinirəm, amma qol buraxmayanda daha çox sevinirəm. Bir məşqdəki əziyyətin bəhrəsi, bir də ki, mən oyunçularıma rahatçılıq vermişəm.
Meydanda emosional olmağım bilirəm ki, səhhətimə təsir edir. Təəssüf ki, bu gün sarı vərəqə aldım. Üzülürəm buna görə. Mən futbolçu kimi heç vaxt sarı vərəqə almırdım”.