
Zubirdən “Qarabağ”ın heyətində 70-ci qol
- 12:30
- 37
Abdullah Zubir "Qarabağ"ın heyətində 70-ci qolunu vurub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.
O, "Qəbələ" ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubunda 70-ci qolunu 322-ci oyununda vurub.
Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.
Zubir "Qarabağ"da ilk qolunu da "Qəbələ"yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.