Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi keçiriləcək
- 19:40
- 34
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yarışda 16 klub və idman cəmiyyətindən 88 cüdoçu qüvvəsini sınayacaq.
Turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.