Əvəzedicilərin də cəzası açıqlandı
- 17:40
- 44
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzəedicilər Liqasının 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Neftçi-2”– “Sabah-2” oyununun 90+2-ci dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.
“Neftçi-2”– “Sabah-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.
“Şəfa-2”– “Turan Tovuz-2” oyununda “Şəfa-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa-2” komandası 70 manat cərimə edilib.
“Şəfa-2”– “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Şəfa-2” komandası 200 manat cərimə edilib.
“Zirə-2”– “Şamaxı-2” oyununun 53-cü dəqiqəsində “Zirə-2” komandasının 35 nömrəli futbolçusu Məhəmməd Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.
“Sumqayıt-2”– “Qəbələ-2” oyununun 22-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 12 nömrəli futbolçusu Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.