İqor Ribeyronun cəzası açıqlandı
- 16:40
- 47
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 9-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.
“Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilib.
“Şəfa”– “Kəpəz” oyunundan əvvəl “Şəfa” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Şəfa” komandası 1500 manat cərimə edilib.
“Neftçi”– “Turan Tovuz” oyununun 29-cu dəqiqəsində “Neftçi” komandasının 5 nömrəli futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Neftçi” komandası 1000 manat cərimə edilib.
“İmişli”– “Şamaxı” oyununda “Şamaxı” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilib.
“Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanacaq.