“Səbail”ə və futbolçusuna sərt cəza
- 17:20
- 47
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şahdağ Qusar”– “Səbail” oyununun 69-cu dəqiqəsində “Səbail” komandasının 27 nömrəli futbolçusu Pərviz Azadov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Səbail” komandası 150 manat cərimə edilib.
“Şahdağ Qusar”– “Səbail” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.
“Şahdağ Qusar”– “Səbail” oyununun 85-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Səbail” komandası 600 manat cərimə edilib.
“Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilib.
“Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının prezidenti Mirzə Bayrampur dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun cəza alıb, “Səbail” komandası 3000 manat cərimə edilib.
“Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının 38 nömrəli futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun cəza alıb, “Səbail” komandası 3000 manat cərimə edilib.
MOİK – “Karvan-Yevlax” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilib.
MOİK – “Karvan-Yevlax” oyunu MOİK komandasının futbolçusunun formasında problem olması səbəbindən gec başladığına görə MOİK komandası 450 manat cərimə edilib.