Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar
- 12:40
- 46
Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə məşqçilər üçün seminara start verilib.
Bu barədə Rekord.az-a qurumdan məlumat verilib.
Tədbir Dünya Atletikasının dəstəyi ilə keçirilir.
Seminarın məqsədi məşqçilərin peşəkar inkişafını dəstəkləmək, nəzəri biliklərini genişləndirmək və praktiki bacarıqlarını təkmilləşdirməkdir.