"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu bu gün keçirib.


Rekord.az xəbər verir ki, müntəzəm mövsümün 4-cü turunda "Oradya"nı (Rumıniya) qəbul edən "ağ-qaralar" 83:99 hesabı ilə uduzublar.


Qarşılaşma Bakı İdman Sarayında baş tutub.


Xatırladaq ki, "Neftçi" H qrupunda keçirdiyi əvvəlki üç görüşdə məğlub olub. Komanda daha əvvəl "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.