“Sabah" "Neftçi"yə qalib gəldi
- 21:38
- 19
Azərbaycan Basketbol Liqasında 7-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə son ölkə çempionu "Sabah" ilə "Neftçi" üz-üzə gəlib.
Turun mərkəzi matçında "bayquşlar" 93:78 hesablı qələbəyə seviniblər.
Görüş Milli Gimnastika Arenasında baş tutub.
Tura noyabrın 16-da yekun vurulacaq.