
“Zirə”nin “Hayduk”la oyunlarının başlama saatı bəlli oldu
- 18:00
- 39
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq “Zirə”nin oyunlarının başlama saatı bəlli olub.
Rekord.az xəbər verir ki, ilk matç 23 iyul 19:30-da 8-ci km stadionunda baş tutacaq.
Bu komandalar arasındakı cavab görüşü isə 31 iyul Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.