Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı paytaxt təmsilçisi Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”la üz-üzə gəlib. Qarşılaşma qolsuz yekunlaşıb.

Xatırladaq ki, “Zirə” ilk yoxlama matçında Rumıniyanın “Hermanştadt” klubuna 1:2 hesabı ilə uduzmuşdu.

Yoxlama oyunu
6 iyul

Zirə – Eyüpspor 0:0