“Zirə” klubu iki futbolçu ilə müqavilə müddətini yeniləyib.


Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.


Klub təcrübəli qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlayıb.


İsmayıl İbrahimli isə “Qarabağ”dan transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.