«Zirə»də mükafatlandırma ilə bağlı sistem dəyişib.

Rekord.az-ın məlumatına görə, bu, klubun fəxri prezidenti Orxan Məmmədovun qərarıdır.

O, komandanı motivasiya etmək məqsədilə hər oyun üçün mükafat təyin edib.

Əvvəl belə deyildi. Zaur Həşimovun kollektivi çalışdırdığı dönəmdə prinsiplər başqa cür işlənmişdi: futbolçular əlavə pul bəxşişini yalnız avrokuboka vəsiqə qazanacaqları halda alacaqdı.

İndi belə deyil – meydandan qələbə ilə ayrıl, tərin soyumamış məbləği al. (sportinfo.az)