1-ci Liqada çıxış edən "Gəncəbasar" klubuna yeni prezident təyin olunub.


Bu barədə Futbolinfo.az-a qərb təmsilçisindən məlumat verilib.


Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.


O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.


Qeyd edək ki, "Gəncəbasar" 1-ci Liqada 16 xalla ikinci sırada qərarlaşıb.