Voleybol üzrə Azərbaycan çempionatında qadınların mübarizəsində 2026/2027 illər mövsümü start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqanın 1-ci turu çərçivəsində iki görüş keçirilib.

İlk olaraq GİN-in Voleybol Mərkəzində "Azərmaş Abşeron" və "Naxçıvan" klubları üz-üzə gəliblər. Görüş naxçıvanlı voleybolçuların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün növbəti qarşılaşmasında "Milli Aviasiya Akademiyası" klubu "Gəncə"ni qəbul edib. MAA-nin idman zalında baş tutan bu matçda meydan sahibləri 3:0 hesabı ilə üstün olublar.


Super Liqa

6 noyabr 

I tur

   "Azərmaş Abşeron" - "Naxçıvan" 0:3 (20:25, 13:25, 12:25)

   "Milli Aviasiya Akademiyası" - "Gəncə" 3:0 (25:22, 25:17, 25:19)