"Turan Tovuz"un futbolçusu Moldova millisinə dəvət aldı
- 17:00
- 42
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.
Rekord.az xəbər verir ki, müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.
Qeyd edək ki, Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.