Rəhimova komandasının avrokubokdakı ilk qələbəsini şərh edib
- 12:45
- 42
CEV "Challenge Cup"da mübarizə aparan qadın voleybolçulardan ibarət "DH Volley" klubu növbəti mərhələyə yüksəlib. "Rekrod.az" xəbər verir ki, komandamız 1/32 final mərhələsinin cavab oyununda Danimarkanın "Holte IF" klubunu 3:0 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazanıb.
Təmsilçimizin hücumçusu Polina Rəhimova qarşılaşmadan sonra təəssüratlarını bölüşüb:
"Qələbə münasibətilə komandamı təbrik edirəm. Oyun bizim üçün bir qədər çətin keçdi. Xüsusilə servis və qəbul zamanı çoxlu səhvlərə yol verdik. Amma sona qədər mübarizə apardıq və qələbə qazandıq.
Növbəti mərhələdə bizi Polşa komandası gözləyir. Budəfəki rəqibimiz daha güclü komandadır, lakin biz də zəif deyilik. İnşallah, onlara da qalib gələrik. Bu oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün məşqlərdə öz üzərimizdə daha çox işləməliyik. Yeni rəqibə qarşı fərqli taktika ilə oynamalıyıq. Çünki bu iki komanda arasında böyük fərq var.
Bütün azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Onları növbəti oyunlarımızda da bizə dəstək olmağa dəvət edirəm. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir.
Bir daha komandamı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram. Çox sağ olun".