Stolüstü tennisçilərimiz üçün Qazaxıstan sınağı
- 16:00
- 41
Azərbaycan stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar.
Rekord.az xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komanda bu gün yarışın Pavlodarda keçirilən qarşılaşmalarında mübarizə aparacaqlar.
Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət isə oğlanlardan ibarət yığmanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında Almatı şəhərində matçlara çıxacaq.
Yarışda Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan stolüstü tennisçiləri mübarizə aparır. İki turun nəticələrinə əsasən, komandalarımız 12 kollektivin mübarizə apardığı yarışın turnir cədvəlinə başçılıq edirlər.
Qeyd edək ki, III tura noyabrın 8-də yekun vurulacaq. Sonuncu turun oyunları isə dekabrda keçiriləcək.