11-ci turun daha iki oyunu keçiriləcək
- 11:30
- 36
Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Rekord.az xəbər verir ki, günün ilk qarşılaşmasında autsayder komandalar üz-üzə gələcəklər.
"SOCAR Polymer Arena"da "Şəfa" - "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Cari mövsüm Premyer Liqada qələbəsi olmayan Naxçıvan kollektivi bu görüşdə ilk qalibiyyətini almağa çalışacaq. Paytaxt təmsilçisi isə turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edərək mövqeyini bir qədər də yaxşılaşdırmağı planlaşdırır.
Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Günün digər matçında isə "Zirə" və "Qəbələ" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 18:30-da başlayacaq.
"Zirə" 16 xalla turnir cədvəlinin altıncı sırasında qərarlaşıb. 8 xalı olan "Qəbələ" onuncudur. 4 xala malik "Şəfa" onbirinci, 3 xalla "Araz-Naxçıvan" isə sonuncu - onikinci pillədə yer alıb.
Misli Premyer Liqası
I dövrə XI tur
7 noyabr
16:00. "Şəfa" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"SOCAR Polymer Arena"
18:30. "Zirə" – "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.