
“Zirə” “Sumqayıt”dan ayrılan futbolçunu heyətinə qatdı
- 01 İyl 2025 17:00
- 135
“Zirə” klubu yeni transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qartallar" "Sumqayıt"dan ayrılan Rövlan Muradovu heyətinə qatıb. Onunla "2+1" illik müqavilə imzalanıb.
27 yaşlı futbolçu karyerası ərzində “Qəbələ” və “Slaviya B” komandalarının da formasını geyinib.