“Zirə” “Payde” səddini keçə bilmədi
- 21:52
- 35
“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda turnirin 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Estoniyanın "Payde" kollektivi ilə qarşılaşıb.
Bu komandalar arasındakı cavab görüşü Sumqayıtda keçirilib.
Estoniyada “Payde”yə minimal hesabla uduzmuş Rəşad Sadıqovun komandası Sumqayıtdakı cavab görüşündə revanş almağa və mərhələ adlamağa çalışıb. Hesabı da zirəlilər açıblar. Amma qonaqlar bərabərlik qolunu vurmaqla növbəti mərhələyə adlayıblar. "Zirə" isə mübarizəni dayandırıb.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul
Zirə – Payde 1:1
Qollar: Eren Aydın, 5 - Henri Anyer, 71.
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Sumqayıt şəhər stadionu.
Zirə: 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 20 İssa Cibrilla, 5 Mutsinzi Anje, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 22 Ayxan Hüseynov, 9 Davit Volkov, 7 Eren Aydın.
Ehtiyat oyunçular: 72 Hüseynəli Quliyev, 99 Səlim Həşimov, 2 Amin Seydiyev, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov, 11 Martins Junior, 23.Ajan Smit, 27. Junior Lou, 29 Kris Diqbeu, 57 Yusif Hacıyev, 77 Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.
Payde: 99. Jorju, 7. Tur, 27. Boranov, 3. Viktor Hüqo, 2. Lilander, 11. Sohna, 28. Hölm, 10. Miller, 19. Siim Luts, 30. Badamosi, 77. Daniel Luts.
Ehtiyat oyunçular: 12. Meerits, 56. Sapp, 4. Andrade, 6. Kabral, 8. Ojamaa, 9. Anyer, 14. Jobarteh, 17. Çam, 20. Piht, 21. Smirnov, 24. Niqula.
Baş məşqçi: Mika Laurikaynen.