
"Zirə" ilə oyunu buraxacaq
- 07 İyl 2022 23:28
- 445
"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi"nin (Tel-Əviv, İsrail) futbolçusu Eren Zahavi təmsilçimizlə ilk matçı buraxa bilər.
Rekord.az xəbər verir ki, bu barədə sports.walla.co.il məlumat yayıb.
Zədə səbəbindən ötən ay dizindən əməliyyat olunan 35 yaşlı hücumçunun bərpa müddəti uzanır. O, hələ komandası ilə məşqlərə başlamayıb. Buna görə də israilli forvardın "Zirə" ilə ilk oyunda meydanda olub-olmayacağı dəqiq deyil.
Qeyd edək ki, Zahavi "Makkabi"nin yeni transferidir.
Xatırladaq ki, iyulun 21-də "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Makkabi" oyunu saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab matçı iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.