
"Zirə" bu futbolçuya görə "Qarabağ"la danışıqlar aparacaq
- 09 May 2023 14:00
- 1189
"Zirə" Rüstəm Əhmədzadənin xidmətində maraqlıdır.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Rəşad Sadıqov ən azı daha 1 il bu futbolçunu sərəncamında görmək istəyir.
Bu səbəbdən onunla bağlı "Qarabağ"la danışıqlar aparılacaq.
Qeyd edək ki, Rüstəm müqavilə ilə "Qarabağ"a məxsusdur və "Zirə"də icarə əsasında oynayır.