“Kür” Bosniya və Herseqovina klubuna məğlub oldu
- 20:20
- 38
Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 26:38 hesabı ilə uduzub.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.
Tərəflər arasında cavab oyunu oktyabrın 24-də eyni məkanda baş tutacaq.