“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan karyerasını Afrikada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 25 yaşlı futbolçu Mərakeşin “Vidad” klubu ilə anlaşıb.

Enzonun meneceri də məlumatı təsdiqləyib. Fransalı futbolçu tezliklə keçidini rəsmiləşdirəcək.

"Kral klubu”nun yetirməsi olan Zidan son olaraq “Almeriya”da çıxış edib.