"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə PSJ-nin baş məşqçisi vəzifəsinə təyinatla bağlı danışıqlar aparıb.

Rekord.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Xatırladaq ki, ötən qış PSJ-nin sahibləri artıq Zidanı kluba rəhbərlik etməyə inandırmağa çalışsalar da, mütəxəssis bundan imtina edib.

Paris klubunun hazırkı baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettinodur. Onunla yolların ayrılacağı gözlənilir.

Z.Zidan 2021-ci ilin yayından Madrid təmsilçisinə ayrıldıqdan sonra klubsuzdur.