Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Adana şəhərində olan qadın voleybolçulardan ibarət azərbaycan millisinin üzvü Olena Xarçenko hazırda İstanbuldadır. "Rekord.az" xəbər verir ki, "Çukurova BLD. Adana Demirspor" klubunun şərəfini qoruyan blokçumuz xoşbəxtlikdən zəlzələ zamanı xəsarət almayıb.

Bir neçə gün Adana idman zalında qalan Xarçenko dünən İstanbula yollanıb. Voleybolçumuz bildirib ki, hazırda təhlükəsizlikdədir və vəziyyəti yaxşıdır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ bir çox şəhərdə ciddi dağıntılara və itkilərə səbəb olub, minlərlə bina uçub. Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 14000 nəfəri keçib.