Şabran şəhəri Lokomotiv idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş 2008, 2009 və 2010-cu il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, 8 Noyabr - Zəfər Gününün qeyd olunması, yeniyetmələrin idmanın bu növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Vüsal Alışov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və yeniyetmə idmançılar iştirak etmişdir.

60 nəfər yeniyetmə idmançı 9 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparmışdır. Yarışın sonunda l, ll, və lll yeri qazanmış idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.