“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib.

Rekord.az xəbər verir ki, gənc mütəxəssis 0:3 hesabıyla uduzduqları səfər matçından sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Bu komandanı yaxşı tanıyıram. Matçdan əvvəl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. İbrahim Niaase rəqibin orta sahəsini gücləndirmişdi. "Qəbələ" qələbəni haqq edirdi".