Azərbaycan 1-ci Liqasında “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, qalib “Zaqatala”nın futbolçusu Əfqan Əliyev seçilib.


Münsiflər heyətinin seçiminə əsasən, Əliyevin 2-ci turda “Baku Sportinq”in qapısına vurduğu qol digər namizədləri qabaqlayıb.


Ona mükafatı 4-cü turun “Şahdağ Qusar”la matçından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.