
“Yuventus”da yeni müqavilə
- 10 Noy 2023 15:20
- 284
"Yuventus" futbolçusu Manuel Lokatelli ilə yeni müqavilə imzalayıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayına kimi uzadılıb.
Lokatelli bu mövsüm 11 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.
Xatırladaq ki, İtaliya çempionatının 11 turundan sonra "Yuventus" 26 xalla ikinci pillədə qərarlaşıb.