
“Yuventus”da ciddi itki
- 28 İyn 2025 23:20
- 32
"Yuventus"un futbolçusu Nikolo Savona zədələnib.
Rekord.az xəbər verir ki, 22 yaşlı müdafiəçi klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunun "Mançester Siti" ilə oyunda (2:5) sıradan çıxıb.
Savonanın 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.
Savona geridə qalan mövsüm "Yuventus"la 37 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.