
Yusif İmanova Yunanıstandan təklif! - ÖZƏL
- 11:00
- 129
"Sabah"ın qolkiperi Yusif İmanova ölkə xaricindən təklif gəlib. "Rekord.az" xəbər verir ki, son mövsüm yetərincə şans qazanmayan və komandasını tərk etmək istəyən qapıçıya Yunanıstandan real təklif var.
İmanov 2 klubun menecerlərinin hədəfinə düşüb: bu "Panserraikos" və "Asteras"dır. "Sabah" Yusif üçün transfer haqqı istədiyi üçün məsələ uzanır. Mənbəmizin məlumatına görə, rəqəmin böyüklüyü yunan klublarını qərarından çəkindirə bilər.