Yunanov 4 oyunluq cəza aldı
- 17:15
- 33
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 25-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 9 nömrəli futbolçusu Amil Yunanov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəza alıb, “Mingəçevir” komandası 3000 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 27 nömrəli futbolçusu Elnur Mirzəyev rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun cəza alıb, “Mingəçevir” komandası 1200 manat cərimə edilib.
“Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Zaqatala” komandasının 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Zaqatala” komandası 2400 manat cərimə edilib.
“Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Səbail” komandasının 9 nömrəli futbolçusu Ruslan Voronsov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Səbail” komandası 2400 manat cərimə edilib.