Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu baş tutub. "Rekord.az" xəbər verir ki,  Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” komandaları çıxıblar. Maraqlı mübarizədə keçən görüş “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Ardınca “Murov Az Terminal” - UNEC qarşılaşması start götürüb. Bu matçda gözlənildiyi kimi “Murov Az Terminal” “quru hesabla” qalib gəlib.
Qeyd edək, “Abşeron”, “AZERRAIL” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncu yerdədir.

Yüksək Liqa

5 dekabr 
IV tur

   “Milli Aviasiya Akademiyası” - “AZERRAİL” 0:3 (23:25, 22:25, 17:25)
   “Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:8, 25:10)