Voleybo üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın VIII turu çərçivəsində ilk matç “Neftçi” və “Xarı bülbül” komandaları arasında olub. 

Bu qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub. Birinci hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:22, 25:20, 25:18).

Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub - 3:0. 

Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Yüksək Liqa

VIII tur

   “Neftçi” - “Xarı bülbül” 0:3 (22:25, 20:25, 18:25)
   "MOİK" - “Murov” 0:3 (13:25, 18:25, 08:25)