Voleybolçu kişilər arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqasın 1-ci turu çərçivəsində "Murov" və "Neftçi" kollektivləri üz-üzə gəliblər.
Görüş gözlənildiyi kimi gərgin alınıb. Ölkəmizi bu il avrokubokda layiqincə təmsil edərək "Cahllenge Cup"ın 1/8 finalınadək irəliləməyi bacaran "Murov" ölkə birinciliyindəki ik qarşılaşmasında da uğurlu çıxış edib. 4 set davam edən matçda "Murov" 3:1 hesabı ilə qələbə qazanıb.

Yüksək Liqa
I tur
   "Murov" - "Neftçi" 3:1 (20:25, 25:15, 25:17, 25:14)