
Yoviçin "Fiorentina"ya keçidi rəsmləşdi
- 09 İyl 2022 10:08
- 470
"Fiorentina" "Real"ın futbolçusu Luka Yoviçi transfer edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, serb hücumçu ilə 2+2 illik müqavilə imzalanıb.
Madrid klubu futbolçunun sonrakı satışından təqribən 50 faizini alacaq. Transferin məbləği açıqlanmayıb. "Real" 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək.
Qeyd edək ki, Yoviç 2019-cu ilin yayında "Ayntraxt"dan "Real"a transfer olunmuşdu.