Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Olena Xarçenko Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 9-cu turda "Fenerbahçe"nin qonağı olub.

Görüş gərgin başlayıb. İlk setdə voleybolçumuzun komandası 15:22 hesabı ilə geri düşsə də yekunda hissəni qalib başa vurub - 29:27. Lakin Adana təmsilçisinin bundan artığına gücü çatmayıb. 4 set davam edən matçda Olena və rəfiqələri 1:3 (29:27, 27:29, 15:25, 15:25).

Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə bir dəfə hücumda fərqlənib.