Rusiyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tulitsa" 20-ci turda Moskva "Dinamo"su ilə qarşılaşıb.

Tulada təşkil olunan matç meydan sahibləri üçün uğursuz alınıb. Kristina və rəfiqələri 3 set davam edən görüşdə quru hesabla uduzublar - 0:3 (16:25, 18:25, 24:26).

"Tulitsa"nın xalsız qaldığı oyunda millimizin toppaylayıcısı bir dəfə fərqlənib. Besman bu xalı eysle qazanıb.